"20 Yanvar bütün sovet xalqının tarixində qanlı səhifədir" - Rusiyalı politoloq

21-01-2023, 10:24           
"20 Yanvar bütün sovet xalqının tarixində qanlı səhifədir" - Rusiyalı politoloq
"33 il əvvəl Bakıda baş verən hadisələr bütün sovet xalqı üçün qanlı səhifə oldu".

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu politoloq, siyasi strateq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov deyib.

"Bu gün biz qardaş Azərbaycan xalqının ağrısını xatırlayırıq. Onda təsəvvür etmək mümkün deyildi ki, bizim sovet tankları sovet şəhərlərinin küçələrində birləşmiş sovet xalqına qarşı çıxacaqlar. Bu hadisələrdən sonra sanki xalqlarımız arasında uçurum yaranmışdı, gələcək qeyri-müəyyən görünürdü. Amma indi biz iki qardaş dövlət və xalqıq", - politoloq bildirib.

O, azərbaycanlıların Leninqradın mühasirəsi zamanı göstərdikləri şücaətləri xatırladıb.

"Azərbaycan və Rusiyanı çoxəsrlik dostluq bağlayır. Biz birlikdə çox şey yaşamışıq. Bu yaxınlarda biz Leninqradın blokadasının 80 illiyini qeyd etdik, burada blokadanın yarılması zamanı həlak olmuş Azərbaycan qəhrəmanlarının abidələri ucaldılıb. Bizim üçün, bu, şücaət və tarixdir”, - ekspert qeyd edib.

O, həmçinin qeyd edib ki, Rusiya və Azərbaycan gələcəyi birlikdə qurur:

"Bizim ortaq layihələrimiz var. Çalışacağıq ki, xalqlarımızı qardaşlıq əlaqələri bundan sonra da birləşdirsin".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.