Putin: Qərb Ukraynada nüvə silahından istifadəyə çalışır

22-03-2023, 10:04           
Putin: Qərb Ukraynada nüvə silahından istifadəyə çalışır
Qərb ölkələri Ukraynada artıq nüvə komponenti olan silahlardan istifadə etməyə başlayır.

Bunu Rusiya Prezidenti Vladimir Putin ÇXR sədri Si Cinpinlə Moskvada keçirdiyi danışıqlardan sonra deyib.

Böyük Britaniyanın tükənmiş uran mərmilərini Ukraynaya ötürmək planlarından danışan Rusiya lideri cavab tədbirləri görməyə məcbur olacaqlarını vurğulayıb:

"Bu gün məlum oldu ki, Böyük Britaniya müdafiə nazirinin müavini Ukraynaya təkcə tanklar deyil, həm də tükənmiş uranla mərmilər tədarük edəcəyini bəyan edib. Görünür ki, Qərb həqiqətən də Rusiya ilə sonuncu ukraynalı qalana qədər vuruşmağa qərar verib, nəinki sözdə, eləcə də əməldə. Rusiya buna reaksiya verməyə məcbur olacaq".

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə nazirinin müavini baronessa Annabel Qoldi bildirib ki, Ukraynaya "Challenger 2" əsas döyüş tankları ilə yanaşı, tərkibində tükənmiş uran olan zirehli deşici mərmilər də daxil olmaqla döyüş sursatlarının tədarükü planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru