"Rusiya klassik mafiya dövləti, Putin onun xaç atasıdır..."
22-03-2023, 12:08
"Dünya jurnalistləri Zelenskinin timsalında yeni Çerçilli və ya Çe Qevaranı görür..."
"Çin BMT Təhlükəsizlik Şurasının üzvü kimi istəsəydi, Ukraynanın qələbəsi üçün nəsə edərdi..."
"FTX mafiya prinsipi ilə işləyir. Putin xaç atadır. Onlar Eskobarın kokain satışı hesabına yaşadığı kimi neft və qaz satışı hesabına yaşayır"
Nüvə dövlətinin hakimiyyəti başında Putin başda olmaqla mafiyaya bənzər qurum dayanıb. O, məhkəmələr və vətəndaş cəmiyyətinin iştirakı olmadan qərarlar qəbul edir.
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində teleaparıcı Slavik Şuster deyib.
"FTX-DTK özünəməxsus təşkilatdır. O, mafiyanın klassik qanunları prinsipləri ilə işləyir. Baxın, günbəz var (mafiyanın aparıcı üzvlərindən ibarət qrup), bu, kobud desək, "Siyasi Büro" və ya Putinin yaxın dairəsidir.
Xaç atası Putin var, böyük mənada hamıya sərf edir. Və bu dövlət, bu mafiya, Pablo Eskobarın (məşhur kolumbiyalı narkobaron) kokain satışı hesabına yaşadığı kimi, neft və qaz satışı hesabına yaşayır. Orada da eyni şeylər baş verir. Sənə mane olan bürün adamları məhv edirsən", - o, deyib.
Şuster vurğulayıb ki, bu sistemdə qərarları məhkəmələr və vətəndaş cəmiyyəti deyil, mafiyanın özü qəbul edir, Rusiya hakimiyyəti də belə nümunə üzərində qurulub. Ona görə də bu hakimiyyətə məhkəmələr, parlament və ya azad mətbuat lazım deyil.
"Hansısa vətəndaş təsisatları və ya hansısa insan haqları uğrunda çıxış edən adamlar deyil, Pablo Eskobar kimin yaşaması və kimin yaşamaması məsələsini həll edir. Mafiya özü həll edir.
Navalnı yaşamamalıdır, Ukrayna yaşamamalıdır, Ukrayna müxalifəti yaşamamalıdır. Bu, elə mafioz dövlətdir, burada qərarlar belə qəbul edilir: günbəz toplanır və deyir: bax, o, satqındır. Aradan götürüb, asıb-kəsirlər ki, bunun qisas olduğu aydın olsun", - o, deyib.
Şuster qeyd edib ki, bu mafiya böyük nüvə dövləti, Təhlükəsizlik Şurasının üzvü, liderinin həbsinə Beynəlxalq Cinayət Məhkəməsinin order verdiyi dövlətin hakimiyyəti başındadır.
"Bax, təxminən bizim üzləşdiyimiz vəziyyət belədir. Bunu Qərb liderləri hələ anlamır. Məsələn, Fransa prezidenti bunu dəqiq anlamır. Amma nə zamansa anlamaq lazım gələcək, çünki XXI əsrdir, 2023-cü ildir, ən azından Avropada az-çox vətəndaş cəmiyyəti təsisatları yaradılır və insanlar hüquqlara malikdir.
Burada isə biz insanların, başqa ölkələrin, başqa mədəniyyətlərin taleyi haqqında qərar verən mafioz dövlətlə üzləşmişik. Qərarların qəbulu mexanizmində heç kim iştirak etmir, belə mexanizm yoxdur. Gerçəkdən maşın və onun vintcikləri var. Ona görə də bu, hamı üçün böyük təhlükədir", - o, deyib.
"Dünya jurnalistləri bu gün Ukraynaya tərəfdardır. Zelenskinin timsalında onlar yeni Çerçillı və ya Çe Qevaranı görürlər"
Qərb KİV-lərində bütün jurnalistlər fəal şəkildə Ukraynanı dəstəkləyir.
"Bir tərəfdən, Ukrayna var, biz onun Kremlin bugünkü bədheybət müharibəsinə qəhrəmancasına müqavimətini göstəririk. Amma, digər tərəfdən, biz sanki müharibəni vəsf edirik, çünki bütün jurnalistlər bu gün Ukraynaya tərəfdardır, bu isə artıq davakar mövqedir.
Onların hamısı bu gün Zelenskini dəstəkləyir, çünki onun timsalında yeni Çerçillı (Böyük Britanitanın sabiq baş naziri Uinston Çerçill) və ya Çe Qevaranı (Latın Amerika inqilabçısı Ernesto Çe Qevara) görür", - o, deyib.
Şuster vurğulayıb ki, jurnalistlər özünə yeni kumir tapıb. "Ukraynaya qarşı heç bir tənqidi münasibət yoxdur. Ümumiyyətlə, Ukrayna barəsində pis danışan yoxdur. Ukrayna həmişə haqlıdır, Rusiya həmişə haqsızdır", - o, deyib.
"Çin istəsə, Ukraynanın qələbəsi üçün nəsə edə bilər"
Əgər Si Tszinpin Ukraynaya bu müharibədə qalib gəlməyə kömək etmək istəsəydi, o zaman "bunu, sadəcə, etmək lazım idi".
"Birləşmiş Ştatlar, Fransa, Böyük Britaniya və Rusiya ilə bərabər Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. ABŞ-ın mövqeyi bəllidir, bütün ölkələrin möveyini də biz bilirik. Çin səs vermir, bitərəf qalır. Rusiyanın mövqeyi aydındır, üç dövlətin də mövqeyini bilirik. Lakin Təhlükəsizlik Şurasında veto hüququ var. Ona görə də TŞ-nin bir üzvü əleyhinə olarsa...
Düşünürəm ki, Çin Təhlükəsizlik Şurası səviyyəsində Putinə şəxsi söhbəti zamanı deməyəcəyini deyə bilər. Çünki Çin BMT-də bütün sivil dünya, yəni Avropa və kollektiv Qərblə birlikdə Ukraynaya səs verərsə, səs verməyə başlayarsa, o zaman heç Moskvaya getməyə ehtiyac olmaz. Amma belə ssenari az ehtimal olunur", - Şuster deyib.