"Keçmiş məhbuslardan SSRİ-də olduğundan daha mətin pionerlər hazırlamışıq..." - Priqojin

25-03-2023, 16:52           
"Keçmiş məhbuslardan SSRİ-də olduğundan daha mətin pionerlər hazırlamışıq..." - Priqojin
"Vaqner qrupu" özəl hərbi şirkəti Rusiyada cinayətkarlığı 10 dəfə azaldıb..."

"Putinin aşpazı" "vaqnerçilər"dən beş min nəfərinin əfv edilməsi və "yenidən tərbiyə olunmasından" danışıb

Ukraynada hərbi əməliyyatlar zonasında hərbi xidmət keçmək barədə müqavilə müddətinin bitməsindən sonra "Vaqner qrupu" özəl hərbi şirkəti sıralarından beş mindən artıq rusiyalı məhbus əfv edilib.

Moderator.az xəbər verir ki, bu barədə şirkətin təsisçisi və muzdlular ordusunun sponsoru Yevgeni Priqojin bəyan edib.

"Hal-hazırda beş mindən çox adam "Vaqner qrupu" özəl hərbi şirkətlə müqavilə müddətini bitirib, əfv edilərək azadlığa qovuşub", - onun sözlərindən Priqojinin mətbuat xidməti iqtibas gətirib.

Onun sözlərinə görə, əfv edilənlər arasında bir ay ərzində təkrar cinayət törədən şəxslər 0, 31 faiz təşkil edib ki, bu da "xüsusi hərbi əməliyyat"dan öncə standart göstəricilərdən 10-20 dəfə azdır".

Priqojin vurğulayıb ki, hər halda təkrar cinayətlər törədənlər, əsasən, "o adamlara müxtəlif dərəcəli ağır xəsarət yetirənlərdir ki", onlar "Kiyev rejimini müdafiə edir" və Rusiyanın Ukraynada hərəkətlərinə qarşı çıxır.

Priqojinin fikrincə, onun şirkəti Rusiyada cinayətkarlığı 10 dəfə azaldıb, keçmiş məhbuslardan SSRİ-də olduğundan daha mətin "pionerlər və oktyabryatlar hazırlayıb".

Hərbi təcrübə mənimsəmiş keçmiş məhbuslar arasında əfv edildikdən iki ay və daha çox müddətdən sonra residivlər barədə məlumat və proqnozlar haqqında şirkətin, təbii ki, məlumatı yoxdur.

Xəbər verildiyi kimi, Ukraynada silsilə hərbi uğursuzluqlarından sonra "Vaqner qrupu" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin orada əməliyyatlara son verməyi və diqqətini Afrikaya yönəltməyi planlaşdırır.

Bu barədə "Bloomberg" agentliyi məlumat verib. Nəşrin məlumatına görə, Priqojinin qərarı döyüş sursatlarının qıtlığı ilə bağlıdır.

Əvvəlcə ona öz özəl ordusu sıralarına məhbusları cəlb etmək qadağan edilib, fevralda isə o, döyüş sursatlarının məhdud tədarükündən şikayətlənib, hərçənd, sonradan problemin həllini tapdığını barədə məlumat verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.