İlon Mask “Twitter”də önə çıxmağın sirrini açdı: “Tvitinizi daha çox insan görəcək”

4-05-2023, 10:54           
İlon Mask “Twitter”də önə çıxmağın sirrini açdı:
44 milyard dollara aldığı “Twitter”də başdan-ayağa dəyişikliklər edən iş adamı İlon Mask tvitlərin önə çıxmasının sirrini açıqlayıb.

O, bununla bağlı “Twitter” hesabında paylaşım edib. Mask paylaşımında hansı tvitlərin və nəyə görə önə çıxdığını izah edib:

“İstifadəçilər istər yazı mətninə, istər fotoya, istərsə də videoya baxdıqları zaman nə qədər uzun müddət ekranda (tvitdə) qalarlarsa, o qədər də önə çıxarlar. “Twitter”də yerləşdirilən video xarici linkdən daha çox göstəriləcək, çünki videonu izləməyə linki klikləməkdən daha çox vaxt sərf olunur”, - deyə o qeyd edib.
Digər tərəfdən, İlon Mask “Twitter”ə video yüklənməsi prosesinin zəif işləməsindən şikayətlənib və bunu düzəltmək üçün çalışdıqlarını bildirib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru