Stüardessa təyyarədə sərnişinlər üçün qadağan edilmiş istəkdən danışdı - FOTO
4-07-2023, 13:54
ABŞ-nin “JetBlue Airways” aviaşirkətinin adını açıqlamaq istəməyən stüardessası sərnişinlər üçün qadağan edilmiş xahişlər barədə danışıb. Onun sözlərinə görə, bu istək heyət üzvlərini pis vəziyyətdə qoya və onların uzun müddət çətinlik çəkməsi ilə nəticələnə bilər.
Heyət üzvünün sözlərinə görə, söhbət səyahətçilərin stüardessalardan baqajlarını götürmələrini və oturacaqların üstündəki şkaflara qoymalarını istəmələri ilə bağlıdır.
Aviaşirkət rəsmisi bildirib ki, bu halda sərnişinlərə kömək etmək stüardessaları ciddi zədə riski ilə üz-üzə qoyur, halbuki bunun üçün təzminat nəzərdə tutulmayıb.
“Əl yükü ilə bağlı kömək göyərtədə olan personalın məsuliyyəti olmadığına görə, ekipaj üzvləri baqajınızı qaldırarkən özlərinə xəsarət yetirirlərsə, zədə səbəbindən işi yarımçıq qoyma riski ilə üzləşirlər. Belə bir hadisə, onların heç bir kompensasiya ümidi olmadan aylarla əziyyət çəkməsinə səbəb ola bilər”, - deyə stüardessa izah edib. O əlavə edib ki, stüardessalar nə qədər müştərilərə yaxşı münasibət göstərmək istəsələr də, ağır baqajı olan 200 nəfərə kömək etməklə özlərini riskə ata bilməzlər.