"Bunu etsəydi, Ramiz Novruz daha çox yaşayardı" - Xalq artisti
4-07-2023, 09:47
"Ötən günlər" verilişi mərhum Xalq artisti Ramiz Novruza həsr edilib.
Xalq artisti Səidə Quliyeva aktyorun xəstəlikdən sonrakı həyatından danışıb. O bildirib ki, R.Novruz son günə qədər tamaşalara qatılıb:
"Ramiz Novruz xəstəliyindən sonra tamaşalara gəlirdi. Həmişə narahat idi ki, səsi gedər, öskürək tutar. Bir tamaşaya çıxdı, bitəndə sevinirdi ki, öskürək onu tutmadı. Oktyabrda tamaşa oynayırdı, gördük nəsə yaxşı deyil. Amma tamaşaçıya bildirmədi, əlimdən tutdu ki, yıxılıram, ölürəm. Apardım otağıma, dedim əlasan, təzyiqin yerindədir. Qayıtdı səhnəyə, tamaşanı başa vurdu. Sonuncu dəfə hiss etdik ki, o deyil. O qədər güclü idi ki, həyat eşqi var idi. Xəstəlikdə gəldi sonuncu tamaşaya qədər oynadı və gözü də səhnədə qaldı".
Xalq artisti Nurəddin Mehdixanlı "Dincəlməli, istirahət etməli idi, stresdən uzaq qalmalı idi. O xəstəliklə bədənə o ağırlığı, həyəcanları yaşatmaq olmaz idi. Gedib istirahət etsəydi, daha çox yaşayardı" sözlərini əlavə edib.