Brüssel görüşündə nə baş verə bilər? - Politoloq

5-07-2023, 08:18           
Brüssel görüşündə nə baş verə bilər? - Politoloq
Brüssel görüşündə müəyyən razılaşmalar mümkündür
“Sülh müqaviləsinin bağlanması üçün Paşinyan hökuməti Xankəndi erməniləri ilə Azərbaycan hökuməti arasına girməməlidir"

"Ermənistan Azərbaycanla danışıqlarda öz qeyri-konstruktiv mövqeyindən geri çəkilmir".
Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik vurğulayıb ki, İrəvan hökuməti sərhədlərin delimitasiya və demarkasiya prosesində anklavlarla bağlı məsələni qəsdən gərginləşdirir:
"İrəvan 1975-ci il xəritəsinin üzərində dayanır. Həmçinin sərhəddə qoşunların "Güzgü prinsipi"nə uyğun geri çəkilməsini istəyir. Çünki qoşunların çəkilməsi Ermənistanın maraqlarına cavab verir. Digər yandan Xankəndi-Bakı arasında beynəlxalq missiyanın iştirakı ilə danışıqların aparılmasını tələb edir. Bununla Qarabağ məsələsini gündəmdə saxlamaq, gələcəkdə yenidən Azərbaycana təzyiq göstərmək məqsədi güdür. Ona görə də 2023-cü il ərzində iki ölkə arasında sülh müqaviləsinin bağlanması gözlənilmir".

Siyasi şərhçi bəyan edib ki, liderlərin növbəti görüşü Avropa İttifaqının vasitəçiliyi ilə olacaq: "Növbəti görüşdə müəyyən kiçik razılaşmalar mümkündür. Təmaslarda ciddi irəliləyiş olmur. Bu da ermənilərin dərin düşmənçiliyindən, Ermənistanın Azərbaycana qarşı ifrat nifrət siyasətindən qaynaqlanır. Ancaq Avropa İttifaqının vasitəçiliyi ilə liderlərin görüşündə Ermənistanın Qarabağ separatçıları ilə bağlı mövqeyində dəyişiklik mümkündür. Sülh müqaviləsinin bağlanması üçün Paşinyan hökuməti Xankəndi erməniləri ilə Azərbaycan hökuməti arasına girməməlidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.