“Erməni təxribatına baxmayaraq, mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim” - FOTO

5-07-2023, 08:12           
“Erməni təxribatına baxmayaraq, mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim” - FOTO
“Erməni rəqibimin təxribatına baxmayaraq, mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim. Biz qalib ölkə və qalib xalqıq. Fəxr edirəm ki, azərbaycanlıyam”.

Oxu.Az xəbər verir ki, bunu Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq turnirində erməni təxribatı ilə üzləşən Azərbaycan karateçisi Alika Semixova deyib.

O bildirib ki, üç qələbədən sonra finalda erməni rəqibi ilə üzləşib: “Yarışa komanda olaraq həm fiziki, həm də psixoloji səviyyədə yüksək hazırlaşmışdıq. Final görüşünün əsas vaxtında Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəldim. Ancaq o, uyğun olmayan hərəkət etdi. Yarışdan öncə də bizə bildirilmişdi ki, belə şeylərə uymayaq. Mən də öz mədəniyyətimi göstərdim”.

Alika Semixova erməni idmançıdan bu cür hərəkət gözləmədiyini əlavə edib.

Qeyd edək ki, Alika Semixovanın finalda qalib gəldiyi erməni idmançı məğlubiyyəti həzm edə bilməyərək, ona əl uzadan təmsilçimizi vurub.
PhotoStock.az Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq turnirində iştirak edən idmançılarımızın qarşılanma mərasimini lentə alıb.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru