“Fəxr edirəm ki, elə kişilər Ebru Gündeşi sünnət toyunda oxutdurur, xalq artistlərini də…” – Ülvi TOPA TUTDU
6-07-2023, 00:07
Türkiyəli müğənni Ebru Gündeşin şəmkirli biznesmen Aydın Musayevin nəvələrinin kiçik toy məclisində iştirak etmək üçün 250 min dollar qonorar tələbi və Azərbaycana gəlmək üçün özəl təyyarə istəməsi xəbəri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sənət adamları da xəbərə biganə qalmayıb.
TEREF.AZ bildirir ki, yenicag.az-a açıqlama verən tanınmış müğənni Ülvi Qılıncın mövqeyi fərqli olub. O, qalmaqallı fikirləri ilə şou gündəminin sükutunu pozub:
“Türkiyədə belə bir ənənə var, böyük sənətkarlar səhnəyə çıxmazdan qabaq ikinci dərəcəli müğənnilər çıxıb səhnəni qızışdırır. Ebru Gündəşin yer aldığı Şəmkirdəki o məclisdə bizim müğənnilər də olub. Özlərini böyük isim hesab edənlər həmin toyda Ebru Gündəşdən qabaq çıxıb meydanı qızışdırıblar ki, indi sənətkar səhnəyə çıxacaq…
Günah bizim müğənnilərdədir, Ebru Gündəş və onun kimi digər məşhur sənətçiləri istədikləri yüksək məbləğ müqabilində toy məclislərinə gətirənlərdə deyil. İş adamıdır, pulu var, istədiyi ulduzu gətirir. Bu gün özlərinə müğənni deyən, amma “it dəftərində adı olmayan”, özünə hörmət etməyənlər bu şəraiti yaradıb. Yaltaq, təlxək, yüngül, beş manat artıq pula görə özünü məclisdə apara bilməyən o düşük müğənnilərin ardınca nə şəxsi təyyarə gəlməz, nə də elə hörmətli olmazlar. Beş manat pulunu ver, gətir də toyuna”- onlar özləri haqqında bu fikri formalaşdırıblar. Kimdir onlara Ebru Gündeş yaxud da digər məşhurlara verilən qonorarı verən, dalınca şəxsi təyyarə göndərən? Nə qədər ki, həqiqi sənətkarlar ortaya çıxmayacaq, bu durum Azərbaycanda belə də davam edəcək”.
Qeyd edək ki, Axşam.az saytının yaydığı xəbərə görə, məşhur türkiyəli müğənni Ebru Gündeş Şəmkirin Şiştəpə kəndində toyda iştirak edib. Sənətçinin meneceri təşkilatçılardan 250 min dollar qonorar istəyib. O, eyni zamanda Azərbaycana gəlmək üçün özəl təyyarə istifadə edəcəklərini deyib. Toyda Xalq artisti Röya Ayxan, müğənni Ramal İsrafilov da yer alıb.