Ruhəngiz: “Əvvəllər toylarda əllərim dollarla dolu olurdu” – VİDEO
10-07-2023, 14:36
“Dahi sənətkarlardan sonra sənətə biz gəlmişik. Demirəm ki, biz dahiyik. Amma gözəl və korifey sənətkarlardan sonra biz gənc idik və bu sənətə gəldik. Onlar isə bizə heç zaman maneə olmadılar. Əksinə bizə yol göstərib, əlimizdən tutub, kömək etdilər. Mən bunu görmuşəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva “Maqazin plyus” verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, gənc ifaçılar onlara maneə deyirlər:
“İstedadları varsa və bu xalqın həqiqətən də rəğbətlərini qazanıblarsa, onlar ömür boyu yaşayacaqlar və musiqi tarixinə düşəcəklər. Qalanlar nə varsa, bizim vaxtda da var idi. Yəni kimlə lazım, kimlə lazım deyildilərsə, ələndilər getdilər. Bu sənətə gələn gənc ifaçılar inanmıram ki, bizə maneə olurlar. Əksinə onlar bizdən nə istəsələr, məmnuniyyətlə kömək edərik”.
Allahverdiyevanın sözlərinə görə, o, illər əvvəl toylara yüksək məbləğdə gedib:
“Zamanla biz də toylara yüksək məbləğə getmişik. İndi biz deyək ki, niyə onlara o yüksək qonorarı verirlər? Bəs biz qazananda, bizə o yüksək məbləğ pul xərcləyəndə niyə “qımışmırdıq” ki, başqaları üçün narahat olaq. Toylarda aldığım qonorardan əlavə əllərim pul ilə dolu olurdu.
Məni toya aparmaq üçün insanlar günləri və vaxtları dəyişirdilər. Bu, özündən razılıq olmasın. “Paçka-paçka” ABŞ dollarları verirdilər. Bu, onların sənətimə və mənə olan hörməti, sevgisi idi. O sevgini isə mən bu gün də görürəm. Söhbət puldan getmir. Pul az ola bilər, amma insanların mənə olan sevgisi bitmir. Pul xərclənib gedib, amma insanların sevgisini qazanmaq çox çətindir. Aldığım qonorar 7000-15000 arasında olub”.