“Rektorlar içərisində 32, 24 il işləyənlər var, bu halda inkişafdan danışmaq olmaz” -DEPUTAT

14-07-2023, 14:26           
“Rektorlar içərisində 32, 24 il işləyənlər var, bu halda inkişafdan danışmaq olmaz” -DEPUTAT
“Böyük Britaniyanın “World University Ranking” nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Türk dövlətləri arasında reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet (2022-ci ildə – 16 universitet) daxil olub. Amma biz hələ də plagiatlıqla məşğuluq”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında deputat Etibar Əliyev bildirib.

“Bizim ən azı bir neçə universitetimiz siyahıya düşməli idi. Amma heç birini görmədik. Neft və Sənaye Universiteti bu siyahıda olmalı idi. Amma orada baş verən özbaşınalıq, korrupsiya halları hələ də qaldığından təhsilə önəm verilmir. Bu kimi hallar insanı dəhşətə gətirir. Digər tərəfdən Tibb Universiteti, eyni zamnda Pedoqoji Universitet bu siyahıda olmalı idi. Başqa diqqət çəkəcəyimiz mövzu rektorlardır. Rektorlar içərisində 32, 24 il işləyənlər var. Bu kimi hallar olanda inkişafdan danışmaq olmaz. İnkişafın olması üçün dəyişikliklər olmalıdır. Hələ də “Təhsil haqqında” Qanun layihəsinin aqibətindən xəbər yoxdur. Bu kimi halları nəzərə almaq lazımdır”, – deyə şikayətlərini dilə gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru