Uşağını zibilliyə atan ana həbs oluna bilərmi? - Vəkildən açıqlama

18-07-2023, 15:34           
Uşağını zibilliyə atan ana həbs oluna bilərmi? - Vəkildən açıqlama
"15 günlük uşağını zibilliyə atan ana valideynlik hüququndan məhrum edilməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov zibilliyə atılan 15 günlük uşağın anasından danışarkən deyib.

Vəkil baş verən hadisəni intihara cəhd kimi qiymətləndirib:

"Ana həbs oluna bilər. Fakitiki olaraq dünyaya gətirdiyi uşağı öldürməyə cəhd edib. Burada başqa bir məqam var, əgər sübut olunsa ki, ananın ağılı başında olmayıb, o zaman məsuliyyətdən azad oluna bilər. Qadınların əksəriyyəti dünyaya təzə uşaq gətirəndə özlərində olmurlar”.

Qeyd edək ki, Bakıda 10-15 günlük körpə küçəyə atılıb. Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük uşaq aşakar edilib. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin apardığı araşdırma zamanı körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru