“Elə kateqoriya vəzifəlilər var ki, deputatın bir ayda aldığı maaşı bir günə, bir saata qazanırlar” - deputat

24-07-2023, 11:49           
“Elə kateqoriya vəzifəlilər var ki, deputatın bir ayda aldığı maaşı bir günə, bir saata qazanırlar” - deputat
“Elə kateqoriya vəzifəlilər var ki, deputatın bir ayda aldığı maaşı bir günə, bir saata qazanırlar”
“Deputatlara 14 975 manat məzuniyyət haqqı verilməsi sosial mediada geniş müzakirə olunur. Bilirsiniz ki, vaxtilə deputat maaşlarının artırılmaısına qarşı çıxmışam və buna görə çoxlu iradlar almışam. Lakin bildirirəm ki, aldığım məzuniyyət haqqı bu rəqəmdən çox-çox aşağıdır. Bu haqda Milli Məclisdən sorğu edilə də bilinər. Üstəlik, biz 01-15 iyul dövrü üçün nədənsə əmək haqqı da almırıq. Yəni aldığımız vəsait 45 günə deyil, faktiki 2 ay üçün hesablanır, yəni iyul-avqust ayları üçün. Biz bir də 15 sentyabrda avans alacağıq”.

Teref.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

“Maaş artımı olmamışdan öncə qanuna əsasən biz deputat fəaliyyətini təmin etmək üçün əlavə haqq da alırdıq. İndi isə deputat fəaliyyəti üçün maaşımızdan istifadə edirik. Məncə, deputat maaşını azaltmaqdansa, digər işləyənlərin maaşını yüksəltmək daha doğru olardı. Bir də, elə kateqoriya vəzifəlilər var ki, deputatın bir ayda aldığı maaşı bir günə, bir saata qazanırlar. Lakin nədənsə, tənqid obyekti ancaq deputatlardır. Onlara haqsız da deyə bilmərəm. Ədalətlilik odur ki, hər kəs əməyinə, istedadına, Vətənə verdiyi faydaya görə əmək haqqı, pensiya alsın”, - T.Kərimli qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru