“Nəcməddin Sadıkovun rütbəsi və titulları alınmalıdır”

3-08-2023, 12:55           
“Nəcməddin Sadıkovun rütbəsi və titulları alınmalıdır”
“Uzun illər ərzində orduda çoxlu cinayət işləri baş verib. Bu gün isə “Tərtər işi” məlumdur. Lakin cəmiyyətə məlum olmayan başqa cinayət işləri də var ki, onların da başında Nəcməddin Sadıkov durub. Bu adam Azərbaycan ordusuna böyük ləkə olub, o cümlədən böyük ziyanlar vurub”.

TEREF.AZ bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi jurnalist Rey Kərimoğlu deyib.

Müsahibimiz “Tərtər işi” ilə bağlı Sumqayıt Məhkəmə Kompleksində keçirilən növbəti məhkəmə prosesində sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğlu, general-mayor Ramil Əsgərovun şahid qismində məhkəməyə gətirilməsinin pərdəarxası məqamlarından söz açıb.

R. Kərimoğlu xatırladıb ki, “Tərtər işi”ni icra edənlər N. Sadıkovla bacısı oğlu R. Əsgərov olub:

“Bu adamlar Azərbaycan ordusunda çox böyük murdarlıqla məşğul olublar. Ümumiyyətlə, Ramil Əsgərov harada xidmət edib gəlib general-mayor olubsa, bu məsələyə baxılmalı, onun rütbəsi alınmalıdır. Eləcə də Nəcməddin Sadıkovun da rütbəsi və titulları alınmalıdır”.

“Dayı ilə bacı oğlunun hər ikisi cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki bu işlərin başında dayanan bunlardır. Doğrudur, başqa adamlar da var ki, onlar Azərbaycan ordusuna böyük ləkədir. Ordudan xəbəri olan adamların da məlumatları var ki, bu adamlar ordumuza böyük zərbələr vururlar. Hələlik adlarını çəkmək istəməsəm də, onu deyə bilərəm ki, 2 generaldır”, – deyə hərbi jurnalist əlavə edib.

“O ki qaldı Nəcməddin Sadıkovun məhkəməyə gətirilməsinə, bu, əlbəttə ki, mümkündür. Əgər o, ölkədədirsə və qaçmayıbsa, məhkəmənin obyektiv və şəffaf aparılması üçün Nəcməddinin məhkəməyə gətirilməsi şərtdir. Çünki bu işlərin başında Rusiya xüsusi xidmət orqanları, Nəcməddin Sadıkovun özü və bacısı oğlu dayanıb. Ona görə də onun da məhkəməyə gətirilməsi hesab edirəm ki, doğru addım olar”, – fikirlərini tamamlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.