25 barmağa sahib Surəddin: “Mənimlə bərabər, dörd qardaşımın da əllərində altı barmaq var” - VİDEO

6-08-2023, 12:49           
25 barmağa sahib Surəddin:
Abşeron rayon Ceyranbatan qəsəbəsində yaşayan Surəddin Mirzəliyevin ümumilikdə 25 barmağı var.

27 yaşlı S.Mirzəliyev buna bənzər hallara onların ailəsində tez-tez rast gəlindiyini, lakin onun digər ailə üzvlərindən bir qədər fərqləndiyini bildirib.

“Mənimlə bərabər, dörd qardaşımın da əlində altı barmaq var. Bir tək məndə əlimin birində yeddi barmaq var. Bu, məndə anadangəlmədir”, - deyə o qeyd edib.

S.Mirzəliyevin hər bir ayağında altı barmaq, bir əlində altı, o biri əlində isə yeddi barmaq olmaqla, ümumilikdə 25 barmağı var.
Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru