Millət vəkili videosu ilə bağlı açıqlama yaydı: "Qəfil kompüterim söndü..."

14-10-2023, 12:38           
Millət vəkili videosu ilə bağlı açıqlama yaydı:
Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev parlamentdə çıxışı zamanı mətni üzdən oxumaqda çətinlik çəkdiyi görüntü ilə bağlı açıqlama yayıb.

Bakupost.az xəbər verir ki, açıqlamada deyilir:

"Bəli, nitqdə səhvə yol vermək olar. Bu, hər kəsdə mümkündür. Qəfil kompüterim söndü və görkəmli şəxslərdən birinin fikrinin təhrif olunmaması üçün bir anlıq təkrarladım. Bəzi nadanlar bunu əldə bayraq edərək paylaşır və çıxışımı məsxərəyə qoyurlar.

Demək istəyirəm ki, Milli Məclisdə etdiyim 90 -a yaxın çıxışı və televiziya çıxışlarımı da diqqətlə izləyin və səhv tutmağa çalışın. Nadanlara qoşulanlar məni təəccübləndirmir, çünki sosial şəbəkələrdə bir qaragüruhçuluq və savadsızlıq kabusu dolaşmaqdadır. Bu da bir virusdur, koronavirusdan betər...".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru