Sisi: İsrail bütün sərhədləri aşır...

16-10-2023, 00:10           
Sisi: İsrail bütün sərhədləri aşır...
İsrailin Qəzza zolağındakı hərəkətləri özünümüdafiə çərçivəsindən kənara çıxır. Qəzzada son üç əməliyyat zamanı 12,5 min dinc fələstinli həlak olub, onlardan 2,5 mini uşaq olub.

Axar.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah Sisi ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə deyib.

"İndi gördüyümüz cavab özünümüdafiədən kənara çıxır. Bu, görünməmiş böhrandır. Biz gərginliyi azaltmaq üçün çox çalışırıq. Döyüş əməliyyatlarının dayandırılması ilə bağlı qərarların qəbulunda gecikmə olarsa, bundan daha çox mülki vətəndaş əziyyət çəkəcək",- o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru