Paşinyan: "Rusiya hərbi bazasının Ermənistandan çıxarılması müzakirə olunmur"

26-10-2023, 11:04           
Paşinyan: "Rusiya hərbi bazasının Ermənistandan çıxarılması müzakirə olunmur"
Pasinyan: "Mövcud vəziyyətin nədən qaynaqlandığını bilmək istəyirik"

Rusiya hərbi bazasının Ermənistandan çıxarılması müzakirə olunmur.

Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində bildirib.

Baş nazir bildirib ki, Rusiya və KTMT ilə digər məsələlər müzakirə olunur və İrəvan mövcud vəziyyətin nədən qaynaqlandığını bilmək istəyir.

"Üzv ölkələr 2021-2022-ci illərdə Bakının hərəkətlərinə reaksiya vermədilər. Baxmayaraq ki, KTMT-nin nizamnaməsi uyğun olaraq blokun üzvü və müttəfiqinin ərazisinə hücum zamanı reaksiya verilməlidir. Amma bu baş vermədi və bu, hökumətdə və cəmiyyətdə suallar doğurdu", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru