Fərhad Bədəlbəyli: “Bəzi televiziya verilişlərinə baxanda adam utanır”

29-10-2023, 12:17           
Fərhad Bədəlbəyli:
Telekanalların proqram siyasəti məsələsi olduqca vacib məsələ və problemdir.

Bizim.Media xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunda deyib.

"Mən istəməzdim ki, televiziya proqramlarının 90 faizi əyləncə motivli olsun. Heç olmasa, bunların 30-40 faizində ciddi sənət, ciddi musiqi görmək arzumdur. Elə olur ki, bu verilişlərə baxanda adam utanır. Biz bu sözləri ifadə etməkdən çəkinməməliyik, özümüzü tənqid etməkdən utanmamalıyıq", - deyə o, əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru