“Qarabağda gizlənən terrorçular var” - Ekspert

4-11-2023, 15:44           
“Qarabağda gizlənən terrorçular var” - Ekspert
“Həyata keçirilən antiterror tədbirlərindən sonra Qarabağda gizlənən erməni silahlıların olması ehtimalı böyükdür. Onların təminatının, qida ehtiyatının nə qədər olduğu bəlli deyil. Təminatları bitəndən sonra üzə çıxmağa məcbur olacaqlar. Ona görə də ərazidə arama-tarama işləri aparılmalıdır. Təmizləmə işlərini daha da dərinləşdirmək lazımdır”.

Bunu hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az -a deyib. O bildirib ki, silahlı terrorçu varsa, o mütləq nə vaxtsa hadisə törədəcək. Bu səbəbdən də məsələni diqqətdən kənarda qoymaq olmaz:

“Hesab edirəm ki, zaman itirmədən ciddi tədbirlər görülməlidir. Elə gizlin hərbi anbarlar ola bilər ki, silahlılar orada bir neçə ay yaşaya bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru