“Nə Rasim Balayev, nə də ki Şəfiqə Məmmədova məni maraqlandırmır, onlar...” - Ayaz Salayev

14-11-2023, 21:49           
“Nə Rasim Balayev, nə də ki Şəfiqə Məmmədova məni maraqlandırmır, onlar...” - Ayaz Salayev
"Kobud səslənməsin, bu qurum məni qətiyyən maraqlandırmır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor və kinoşünas Ayaz Salayev Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayı ilə bağlı danışarkən deyib.

Ayaz Salayev ittifaqın qurultayında iştirak etməyəcəyini bildirib:

"Namizədliyimi də irəli sürmək fikrim yoxdur. İşlərim çoxdur, vaxtım da az qalıb. Yaşım da 60-ı keçib, yaradıcı planlarım var, onları başa çatdırmalıyam. İkinci səbəb də var, amma onu açıqlamaq istəməzdim. Amma bu səbəb daha önəmlidir. Mən bu barədə lap əvvəldən sözümü demişəm. Bu qurultayla bağlı heç nə danışmaq istəməzdim”.

Ayaz Salayev vaxtını yaradıcı işlərə sərf edəcəyini qeyd edib.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayına hazırlıqlar gedir. Məlumata görə, Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədova namizədliyini bu qurultayda yenidən irəli sürüb və sədr postu uğrunda mübarizə aparacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru