“Rusiya Qarabağdan köçmüş erməniləri Abxaziyada yerləşdirməyi planlaşdırır...”
15-11-2023, 00:05
Azərbaycan Qarabağda separatizmi faktiki bitirdi və bununla xəstə ermənizm ideologiyasına sarsıdıcı zərbə vurdu. Bəs, görəsən, ümumiyyətlə, Qafqazda erməni məsələsi bitdimi? Ermənilərin “Böyük Ermənistan” xəstəliyi bir daha baş qaldıracaqmı? Və Rusiya buradan çəkilməyincə bu problemin bitməsinə imkan verərmi?
Azərbaycanda 1988-1991-ci illərdə SSRİ-Rusiya imperiyasına qarşı milli azadlıq mübarizəsinin fəal iştirakçılarından biri, Milli İstiqlal partiyasının fəxri lideri Etibar Məmmədov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib.
“Yox. Böyük Ermənistan xəstəliyi hələ də bitməyib. Ermənilərin Gürcüstana da ərazi iddiaları var. Və hətta Rusiya tərəfindən belə bir plan var ki, Qarabağdan köçlmüş ermənilər Abxaziyanın ərazisində yerləşdirilsinlər və artıq orada da müəyyən çoxluq təşkil etsinlər. Hazırda isə Abxaziyanın bütün infrastrukturu, iqtisadiyyatı Rusiyanın əlində, nəzarətindədir. Və erməniləri də orada yerləşdirməyə çalışırlar ki, Gürcüstan ərazisində, Qafqazda yeni bir güclü təsir bazası da yaratsınlar. Bir sözlə, Rusiyanın, eləcə də digər beynəlxalq güclərin ermənilərdən istifadə imkanları və planları hələ qüvvədə qalır...”