“Hikmət Babaoğlu elə bilir ki, Herodot kişi qədim yunan yox, latın dilində yazırmış, romalı olub…” - İlqar Məmmədov

15-11-2023, 20:01           
“Hikmət Babaoğlu elə bilir ki, Herodot kişi qədim yunan yox, latın dilində yazırmış, romalı olub…” - İlqar Məmmədov
“Hikmət Babaoğlu elə bilir ki, Herodot kişi qədim yunan yox, latın dilində yazırmış, romalı olub…”
“Yeni Azərbaycan Partiyası parlament qrupunun rəhbəri Hikmət Babaoğlunun 14 iyul parlament çıxışında məlum olub ki, müəllim "denasifikasiya" sözünün anlamını heç bilmir də. Sonra aydın oldu ki, Hikmət müəllim Herodotun qədim yunan tarixçisi olduğunu da bilmir. Elə bilib ki, Herodot kişi qədim yunan yox, latın dilində yazırmış, romalı olub”.

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

“İşin daha bir əlamətdar tərəfi: eyni çıxışında təhsil xərclərinin səmərəsinin artırılması haqqında tövsiyyə verirmiş…”, - İ.Məmmədov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru