Emin Mahmudov: “Bu oyun həmişə yadımda qalacaq”

17-11-2023, 08:42           
Emin Mahmudov:
“Bu oyun həmişə yadımda qalacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov Bakıda İsveç yığmasına 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli futbolçu azarkeşləri sevindirdikləri üçün çox xoşbəxt olduqlarını bildirib:

“Onlar da bizdən yaxşı oyun və qələbə gözləyirdi. Bu gün vuruşduq və istədiyimiz nəticəni qazandıq”.

Yarımmüdafiəçi sonuncu turda bazar günü Belçikaya qarşı keçirəcəkləri matça da toxunub:
“Bu, yüksək səviyyəli rəqibdir. Yaxşı oyunçuları var. Yenə də əlimizdən gələni edəcəyik. Belə komandalara qarşı bəxtimiz də olmalıdır”.

Yığmada 13-cü qoluna imza ataraq Qurban Qurbanova (14 qol) yaxınlaşan E.Mahmudov əsas məqsədinin komandaya xeyir vermək olduğunu vurğulayıb:

“Qollar vurduğum üçün də sevinirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru