Gülnarə Rəsulova: “Laçını sözlə ifadə etmək çox çətindir”

20-11-2023, 10:24           
Gülnarə Rəsulova: “Laçını sözlə ifadə etmək çox çətindir”
“Bugünkü hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm”.

Bunu Oxu.Az-a açıqlamasında Zabux kəndinə köç edən keçmiş məcburi köçkün Gülnarə Rəsulova deyib.

O bildirib ki, ata yurduna köçmək onun illərdir arzusu olub:

“Mən əslən Laçındanam, yoldaşım isə Zabuxdandır. Bu gün yoldaşımın ata evinə köçürəm. Laçını sözlə ifadə etmək çox çətindir. Uşaqlığımız, gəncliyimizin ilk illəri Laçında keçib. Orada nə hisslər keçirəcəyimi bilmirəm, çox həyəcanlıyam. Bu günü bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. 30 ildir işğal altında qalan Qarabağımızı Ali Baş Komandanın rəhbərliyi ilə azad etdik. İndi erməni vandallarının xarabalığa çevirdiyi kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz abadlaşdırılır, yenidən tikilir. Ən qısa zamanda bütün keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına köçməsini diləyirəm”.
Xatırladaq ki, bu gün növbəti köç karvanı Laçın rayonunun Zabux kəndinə yola salınıb. Bu günədək isə 96 ailənin (382 nəfər) Zabux kəndinə köçü təmin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru