Kimlər televiziya eksperti ola bilər?- Mətbuat Şurasının sədrindən AÇIQLAMA
13-12-2023, 19:34
Son günlər sosial şəbəkələrdə və mətbuatda efirlərə dəvət olunan ekspertlərin çıxışları gülüş doğurur. Belə ki, bəzən mövzudan xəbərsiz, efir etikası və mədəniyyətindən uzaq olan "ekspert"lər özlərini gülüş hədəfinə çevirirlər. Onların çıxışları sosial şəbəkələrdə müzakirə edilir. Bəs görəsən televiziya eksperti kimi çıxış etmək üçün hansı göstəricilərə əməl etmək lazımdı? Hər fərdi ekspert kimi efirə çıxarmaq olarmı? Bunun bir qayda-qanunu varmı?
Mövzu ilə bağlı Mətbuat Şurasının İdarə heyətinin sədri Rəşad Məcid Moderator.az - a danışdı. Bildirdi ki, indi səviyyəli, savadlı mövzunu bilən ekspertlər azdır:
"Biz tərbiyəli, savadlı ekspertləri televiziya ekranlarında az görürük. Onların hansısa məsələ ilə bağlı peşəkar təhlilləri görünmür. Bəlkə bu televiziya aparıcılarının özlərinin yaratmaq istədiyi şou və hay küydür ki qəsdən hansısa məsələ ilə bağlı məhz bu tipli "ekspertlərin" dəvət olunmasına üstünlük verirlər. Onlar mövzu ilə bağlı sakit, soyuq düşüncələrə yox hay küyə qara qışqırığa yol verməklə tamaşaçı marağını cəlb etmək istəyirlər. Amma çox arzu edərdik ki, səviyyəli ekspertlər yetişsin. Televiziya aparıcılarımız onları tapmağa çalışsınlar. İndi efirlərdə səviyyəli ekspert qıtlığıdı. Hansısa mövzunun bilicisi olan səviyyəli ekspert ağzın açan kimi bəlli olur ki, bu mövzunun peşəkardır ona hörmət, ehtiram artır . Arzu edərdim ki, televiziya məkanında bu cür peşəkar ekspertlər tapılsın və onları cəmiyyətə təqdim olunsun. Onların fikirləri cəmiyyət üçün daha çox vacibdir".