Xalq artisti: “Xanımlara gözümlə işarə verirdim ki, yaxınlaşmasınlar” - VİDEO

14-12-2023, 12:34           
Xalq artisti: “Xanımlara gözümlə işarə verirdim ki, yaxınlaşmasınlar” - VİDEO
“Çox təəssüf olsun ki, Azərbaycan kinosu 1990-cı ildən çox zəifləyib. Çünki əvvəlki kimi yaradıcı heyət - bəstəkarlar, operatorlar, rejissorlar yoxdur”.

Oxu.Az xəbər verir ki, bus sözləri Xalq artisti Ənvər Həsənov ”Telesəhər” verilişinə müsahibəsində deyib.

Nəvələrinə filmlərdə canlandırdığı Murad, Cəlal, Sirac obrazlarının adlarını verən aktyor küçədə də insanların ona belə müraciət etdiklərini bildirib:

“Küçədə gedəndə mənə Murad da, Cəlal da deyirlər. Həyat yoldaşımla yolda gedirdim, xanımlar gəlib məni qucaqlayıb, öpürdülər. Buna görə məndən boşanmaq istəyirdi. Belə şeyi görmək olar? Gözümlə işarə verirdim ki, gəlməsinlər, yaxınlaşmasınlar. Amma məhəl qoymurdular. Yenə də məni öpüb, qucaqlayırdılar”.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru