Şəbnəm Tovuzludan Şəbnəm Tapdığa cavab: - "Belə biabırçılıq olar?"
15-12-2023, 18:34
Müğənni Şəbnəm Tovuzlu əməkdar artist Şəbnəm Tapdığın iddialarına cavab verib.
Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu "Elgizlə izlə" verilişinə telefon vasitəsilə bağlanaraq haqqındakı iddiaları təkzib edib:
"Mənim adım Aygün deyil. Bu məlumatı sizə kim veribsə, səhv edib. Mənim anamın ruhuna hörmətsizlik edirsiniz. Mən sizinlə heç vaxt belə danışmamışam. Doğma anam bu adı veribsə, siz kimsiniz? Tovuz rayonundanam, nəsil-kökümü araşdırın. Elə-belə nəsildə böyüməmişəm. Bibilərim, xalalarım həkim, əmilərim vəkil, polisdir.
Soruşun, bir yaşında Bakıdan xalasına veriləndən Şəbnəmin doğma adı nə olub? Belə biabırçılıq və haqsızlıq olar? Məhkəməyə ver, araşdır, gör Şəbnəmin ilk adı nə olub.
Mənim atam Orucov Arif Ağaddin oğlu. Mən dünyaya gələndə adımı anam və bibim Mehri qoyub. Doğum haqqında şəhadətnamədə qeyd edilib ki, Orucova Şəbnəm Arif qızı 1984-cü ildə Bakıda doğulub.
Anam rəhmətə gedəndən sonra məni yaş yarımımda Tovuz rayonuna xalama veriblər. Xalamın həyat yoldaşı Ələddin məni öz himayəsinə götürəndə, soyadımı dəyişib və doğum tariximi 1983-cü il qeyd elətdirib. Tovuzda bütün kənd bilir ki, mən övladlığa Şəbnəm adı ilə verilmişəm. Bu xanım nə danışır? Getsin, məhkəmədə bu məsələni kökündən araşdırsın. Ayıbdır!”