"Amerikalı və avropalı mütəxəssislərin ekspertizalarını saxtalaşdırıb" - Smolensk fəlakətini araşdıran Polşa komissiyası

16-12-2023, 12:24           
"Amerikalı və avropalı mütəxəssislərin ekspertizalarını saxtalaşdırıb" -
Smolensk fəlakətini araşdıran Polşa komissiyası amerikalı və avropalı mütəxəssislərin ekspertizalarını saxtalaşdırıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tuskun ofisinin rəhbəri Yan Qrabets jurnalistlərə bildirib.
“Bu komissiya, şübhəsiz ki, bir çox ölçülərdə sözün bitdiyi yer idi, lakin hər şeydən öncə Polşanın nüfuzuna, Polşa dövlətinin nüfuzuna vurulmuş xələl idi”, – Qrabets deyib.

Xatırladaq ki, Polşanın Müdafiə Nazirliyi 2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında keçmiş Prezident Lex Kaçinskinin təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiyanı ləğv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru