Qum həbsxanasında saxlanılan Fəridin anası: - “Oğlumla hər gün..."

18-12-2023, 19:49           
Qum həbsxanasında saxlanılan Fəridin anası: - “Oğlumla hər gün..."
"Fəridlə hər gün danışıram. Vəziyyəti normaldır, pis deyil".

Bu sözləri Cebhe.info-ya İranda həbsdə olan Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. O bildirib ki, Fəridin vəziyyəti yaxşıdır:

"Qum şəhərində həbsxanadadır. Fərid fars dilini bilir, onunla fars dilində danışırlar. Xarici İşlər Nazirliyi ilə əlaqələrimiz var, onunla maraqlanırlar”.

Xatırladaq ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuyan iranlı qızın ardınca Tehrana gedib.

Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb və məhkəmənin gedişində maddə casusluğa cəhdlə əvəzlənib.

İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.