Rusiya ilə müharibədə əsas səhvim… – Zalujnıdan etiraf

27-12-2023, 11:44           
Rusiya ilə müharibədə əsas səhvim… – Zalujnıdan etiraf
Əsas səhvim o idi ki, verdiyimiz itkilərin sayının kimisə dayandıracağını düşünürdüm. Ancaq bu, Rusiyanı dayandırmadı.

Bloqumuzun APA-ya istinadən məlumatına görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Kiyevdə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Zalujnı bildirib ki, son günlər texnologiyadan istifadə səviyyəsində güclü qarşıdurma olub.

O, əmin edib ki, 2024-cü il hərbi sahədə 2023-cü ildən fərqli olacaq. Zalujnı qeyd edib ki, Ukrayna hərbçiləri gələn il daha effektiv fəaliyyət göstərmək və insanları xilas etmək üçün problemləri, eləcə də bu problemlərin 90%-ni müəyyənləşdiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru