“Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır”- Leonid Kalaşnikov

3-01-2024, 15:57           
“Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır”- Leonid Kalaşnikov
“Mənim zənnimcə Azərbaycan Rusiya üçün ən yaxın dost və qardaş ölkədir. Baxmayaraq ki, xalqlarımız arasında dini və mili fərq var. Amma biz bu fərqliliyi çoxdan aşmışıq. Mənim gənclik illərində qazandığım ilk dostlarım məhz azərbaycanlılar olub. Bu Moskva avtomobil zavodunda işlədiyim illərdə olub. Sonrakı illərdə də azərbaycanlılar barədə ancaq müsbət fikirlər eşitmişəm, gözəl hadisələrə şahidlik etmişəm. Ona görə də mən Azərbaycan xalqını sevir və ona hörmət edirəm. Bu sevginin də dərin kökləri var. Bu gün mən işimlə bağlı Azərbaycanla ancaq siyasi əlaqələr saxlayıram. Amma əminliklə deyə bilərəm ki, bütün sahələrdə dərin və inkişafda olan əlaqələrimiz var”.

Bu fikirləri Yeni il münasibəti ilə “Moskva-Baku.ru” saytına müsahibə verən Rusiya Federasiyası Dövlət Dumasının Komitə sədri Leonid Kalaşnikov səsləndirib.

O, bildirib ki, bu günə kimi siyasi müstəvidə Azərbaycana qarşı ən xırda iradım belə olmayıb:

“Bu da təbii ki, Azərbaycan Prezidentinin müdrik xarici siyasətinin nəticəsidir. Ümumiyyətlə, son illərdə həm Rusiyanın, həm də Azərbaycanın siyasi rəhbərliyi iki ölkə arasında dostluğun möhkəmlənməsi üçün çox fədakarlıqlar göstəriblər. Etiraf etməliyik ki, Rusiya Azərbaycan münasibətlərindəki səmimilik və saflıq heç bir Avropa dövlətləri arasında yoxdur və yəqin ki, olmayacaq da. Açığı deyim ki, eyni komandada təmsil olunan Fransa və Almaniya kimi böyük dövlətlərin Azərbaycanla Rusiyadan öyrənəcəyi çox şey var”.

Leonid Kalaşnikov məmnunluqla qeyd edib ki, iki ölkə liderləri arasında olan dostluq münasibətlərinə paralel olaraq xalqlarımız arasında da dərin bağlılıq var:

“Bu gün rusların azərbaycanlılara qarşı narazılıq edə biləcəyi heç bir məqam yoxdur. Eləcə də azərbaycanlılar ruslara qarşı böyük ehtiram bəsləyir. Ona görə də inanıram ki, 2024-cü ildə xalqlarımız və dövlətlərimiz arasında münasibətlər daha da dərinləşəcək. Növbəti ildə iki dövlətin birgə səyləri nəticəsində bir sıra Beynəlxalq münaqişələr sona çatacaq. Başqa cür də ola bilməz. Çünki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır”.

Surxay Atakişiyev, Bizim.Media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.