Ağ Ev: Kreml Ukraynada atəşkəsə hazır deyil

4-01-2024, 09:26           
Ağ Ev: Kreml Ukraynada atəşkəsə hazır deyil
Vaşinqton Moskvanın Ukraynada atəşkəsə hazır olduğunu görmür.

APA-nın məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Cənab Putinin danışıqlara hazır olması ilə bağlı mətbuatda məlumatlar var, lakin o, şübhəsiz ki, danışıqlara hazır olan biri kimi davranmır", - Kirbi mətbuata açıqlamasında deyib.

O əlavə edib ki, ABŞ Konqresi dərhal Ukraynaya hərbi maliyyənin ayrılmasına səs verməlidir, çünki Ağ Evin artıq Ukraynaya silah ötürmək imkanı yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru