Alim Qasımovdan Aygünün ölüm xəbəri ilə bağlı AÇIQLAMA
7-01-2024, 17:24
Alim Qasımovdan Aygünün ölüm xəbəri ilə bağlı “Aygün Bəylərin ölüm xəbərini eşitdim, pis hala düşdüm”.
Bizim.Media xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Xalq artisti Alim Qasımov tələbəsi olmuş mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə bağlı xatirələrindən danışarkən deyib.
O, hələ də bu xəbəri qəbul etmədiyini bildirib:
“Dünən gecə eşitdim. Çox pis oldum. Özümə gələ bilmirəm. Qanım qaraldı. O, mənim tələbəm olub. Dəyərli səsə malik idi. Allah ruhunu şad etsin! Ailəsinə səbir diləyirəm”. A.Qasımov sonda dəfn və vida mərasimi ilə bağlı heç bir məlumatı olmadığını əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində, xəstəxanada vəfat edib.
Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.