"Prokurorluq şəxsiyyət vəsiqəmi müsadirə edib" - Əkrəm Əylisli
7-01-2024, 18:54
"Prokurorluq şəxsiyyət vəsiqəmi müsadirə edib" Yazıçı Əkrəm Əylisli növbədənkənar prezident seçkisində səsverməyə getməyəcək.
Bu barədə Qaynarinfo-ya yazıçının özü məlumat verib.
O, bunun səbəbini şəxsiyyət vəsiqəsinin olmaması ilə izah edib:
"Prokurorluq şəxsiyyət vəsiqəmi müsadirə edib. Səs vermək üçün şəxsiyyət vəsiqəsi lazımdır, onu da məndən alıblar. Mənə səs verməyə mənə imkan qalmayıb".