Erməni nazir: "Roma Statutu hərbi cinayətlərin araşdırılmasında kömək edəcək"

8-01-2024, 12:36           
Erməni nazir: "Roma Statutu hərbi cinayətlərin araşdırılmasında kömək edəcək"
"Roma Statutu bizə hərbi cinayətlərin araşdırılmasında kömək edəcək".

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Qriqor Minasyan mətbuat konfransında bildirib.

"Birincisi, yeni qanunlar hazırlamaq və beynəlxalq ekspertlərlə işləmək lazımdır", - Minasyan jurnalistlərə deyib.

"Bundan sonra Ermənistanın istintaq orqanları proseslərə beynəlxalq prokurorları cəlb edə biləcək", - deyə nazir əlavə edib.

Qeyd edək ki, Roma Statutunun qəbulu Ermənistana BCM-in qərarlarını, o cümlədən Rusiya prezidenti Vladimir Putinin həbsini məcburi edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru