“Biz bunun fərqindəyik”
11-01-2024, 15:18
“Bu gün insan hüquqları, dini azadlıqları meyarları bəzi böyük güclər tərəfindən təzyiq vasitəsinə çevrilir. Biz bunun fərqindəyik və fəsadları önləyirik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.
“Biz gözləmirik ki, fəlakət baş versin, sonra addım ataq. Önləyici tədbirləri həyata keçiririk. Bütün strukturlar ayaq üstədir. Demokratik prinsiplər heç bir ölkənin daxili işi deyil. Seçkilər də demokratiyanın əsas meyarı hesab olunduğuna görə, bu prosesə kənar müdaxilələr edilməyə çalışılması sirr deyil. Bu baxımdan seçki prosesində hər kəs məsələlərə birinci vətəndaş instinkti ilə yanaşsın. Vətən müharibəsindən sonra bir çox məsələlərin şahidi olduq. Hər birimiz bu məsələdə özümüzü məsuliyyətli tərəf kimi hiss etməli və ölkəmizə qarşı mənfi yanaşmaların qarşısının alınmasında əlimizdən gələni etməliyik”.
Zaur Mirzə