Rusiya prezidenti Vladimir Putinin həkim olan qızı Mariya Vorontsova ilk dəfə müsahibə verib.
Putinin illərdir gözdən uzaq tutduğu 38 yaşlı qızı Rusiya mətbuatına danışıb.
Ədəbiyyat, idman və poeziya kimi mövzularında açıqlama verən Vorontsova, "Biz insan mərkəzli cəmiyyətik və bizim üçün ən yüksək dəyər hər zaman insan həyatıdır. Rusiya xalq mərkəzli ölkədir" deyib.
Gənc qadın hobbilərindən danışıb: "Hətta boş vaxtlarımda elmi və ya tibbi ədəbiyyat oxuyuram. İlham mənbəyim hər şey gözəldir. Rəsmlər, muzeylər, teatrlar, musiqi. Mənim həvəsim idmandır. Həftədə ən azı bir neçə saatımı sağlam həyat tərzinə həsr edirəm".
Putinin keçmiş həyat yoldaşı Lyudmila Putinadan olan qızı Vorantsova 1985-ci ildə Sankt-Peterburqda anadan olub. Hollandiyalı iş adamı ilə evli olan Vorantsova 2022-ci ildən Aİ və ABŞ-nin sanksiya siyahısındadır. Gülayə Mecid Unikal