Cavanşir Quliyev: “İstərdim ki, İlham Əliyev yenidən seçiləndən sonra həbsdəki fəalları azad etsin”

14-01-2024, 10:04           
Cavanşir Quliyev:
Cavanşir Quliyev: “İstərdim ki, İlham Əliyev yenidən seçiləndən sonra həbsdəki fəalları azad etsin” - ÖZƏL

“Mən arzu edərdim ki, İlham Əliyev yenidən prezident seçiləndən sonra ölkənin qarşısında duran bir sıra problemlər həllini tapsın. Bu bizə Azərbaycanın gələcəyi üçün lazımdır. Bu gün Qarabağ məsələmizi həll etdik. Növbəti mərhələdə Azərbaycanın güclü inkişafı durur. Bunun üçün də müəyyən islahatlar aparılmalıdır”.

Hurriyyet.Az bildirir ki, bunu Gununsesi.info-ya açıqlamasında qarşıdakı prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəyini vurğulayan tanınmış bəstəkar Cavanşir Quliyev söyləyib.

Azərbaycanın güclü gələcəyi üçün milli birliyin vacib amil olduğunu vurğulayan Cavanşir Quliyev hesab edir ki, ölkəmizdə həllini tapmalı olan məsələlərdən biri də həbsdəki ictimai-siyasi fəalların, jurnalistlərin azadlığa buraxılmasıdır: “Mən arzu edərdim ki, bu gün həbsdə olan insanlar da azadlığa çıxsın. Mən Qubad İbadoğlunun Müdafiə Komitəsinin üzvüyəm. Mən hər zaman problemləri diqqətə çatdırmışam. Mövqeyimdə qalıram”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru