Ekspert: “Azərbaycan Çin üçün Avropaya çıxışı təmin edən əsas marşrutlardan biridir”

16-01-2024, 12:08           
Ekspert: “Azərbaycan Çin üçün Avropaya çıxışı təmin edən əsas marşrutlardan biridir”
“Azərbaycan Çin üçün Avropaya çıxışı təmin edən əsas nəqliyyat marşrutlarından biridir”.

Bunu AZƏRTAC-a açıqlamasında Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktor müavini Li Cenli deyib.

Tədqiqatçı 2013-cü ildə Çin Lideri Si Cinpinin “Kəmər və yol” təşəbbüsünü irəli sürməsindən sonra Cənubi Qafqazın onlar üçün çox vacib regiona çevrildiyini, bu mənada Azərbaycanın da Çin üçün xüsusi əhəmiyyəti olan ölkə olduğunu bildirib.
“Azərbaycan Çin üçün Avropaya çıxışı təmin edən əsas nəqliyyat marşrutlarından biridir. Bu baxımdan Azərbaycanla əlaqələrin dərinləşdirilməsi bizim üçün olduqca əhəmiyyətlidir”, - deyən ekspert əlavə edib ki, “Kəmər və yol” təşəbbüsü Çin ilə Azərbaycan arasında tarixi münasibətlərin müasir dövrdə inkişafı üçün də yeni imkanlar yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru