“Bakı ətrafına köçürüləcək universitetlər üçün kampuslar yaradılmalıdır” — Ekspert

17-01-2024, 08:54           
“Bakı ətrafına köçürüləcək universitetlər üçün kampuslar yaradılmalıdır” — Ekspert
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib, bir sıra universitetlər Bakıdan kənara köçürüləcək. Onlar vahid bir kampus yaradılaraq fəaliyyətini davam etdirə bilər: "Bu, Elm və Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdır. Bu, həm təhsilin təşkili baxımından, həm də şəhərdaxili infrastrukturun təkmilləşdirilməsi üçün önəmli bir islahat ola bilər. Növbəti illər ərzində bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə birgə Tədbirlər Planı hazırlanaraq icra edilə biləcək”, - Komitə sədri əlavə edib.

Məsələyə münasibət bildirən təhsil eksperti Adil Vəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, bəzi universitetlərin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur:

“Bu, tıxac problemini aradan qaldırmaqla bərabər şəhər ətrafı ərazilərin inkişafına da səbəb olar. Həmin ərazilərdə insanların iqtisadi və sosial vəziyyəti yaxşılaşar. Düşünürəm ki, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, UNEC ətraf ərazilərə köçürülə bilər. Lakin belə olacaq halda tələbələrin rahat gediş-gəlişi də təmin olunmalıdır. Köçürüləcək universitetlərin kampusunun yaradılması rahatlığı təmin edəcək, bölgələrdən gələn tələbələr kirayə axtarmaq məcburiyyətində qalmayacaq. Kampusda yaşamayan tələbələrin də ictimai nəqliyyata əlçatanlığı təmin edilməlidir. Universitetlərin köçürülməsi təhsilin keyfiyyətinə mənfi təsir etməyəcək. Bakı Mühəndislik Universiteti də mərkəzdən kənardadır və orada yüksək tədris var. Əsas məsələ tələbələr üçün lazımı şəraitin yaradılmasıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.