İran İsrailə hücum edə bilmir, Ərbili vurur - Hüseyn

17-01-2024, 11:57           
İran İsrailə hücum edə bilmir, Ərbili vurur - Hüseyn
İran İsrailə hücum etmək istəmir və ya edə bilmir. Buna görə də ətrafda qurbanlar axtarır və nəticədə Ərbilə hücum edir.

Bu sözləri İraqın xarici işlər naziri Fuad Hüseyn CNN-ə müsahibəsində deyib.

Hüseynin sözlərinə görə, Ərbildə MOSSAD-a bağlı heç bir mərkəz yoxdur:

“İranın bu hücumu beynəlxalq hüququn pozulmasıdır və bununla bağlı BMT Təhlükəsizlik Şurasına şikayət ediləcək. İraqlılar İranın İsraillə gərginliyinin əvəzinii ödəyir”.

Qeyd edək ki, İranın Ərbil şəhərinə raket hücumları nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər yaralanıb. SEPAH sözügedən hücumun SEPAH komandirlərinin öldürülməsinə cavab olduğunu və bu hücumlar nəticəsində İsrailin casus qərargahlarından birinin məhv edildiyini bildirib.

Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru