“AYDIN VƏ GÜCLÜ CAVAB VERƏCƏYİK...” - İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi

16-04-2024, 09:24           
“AYDIN VƏ GÜCLÜ CAVAB VERƏCƏYİK...” -
“İran İslam Respublikasının raket hücumuna reaksiya verəcəyik”.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargah rəisi, general Herzi Halevi İranın hücumunda hədəf alınan Nevatim Hava Bazasından verdiyi açıqlamasında bildirib.

İsrail Müdafiə Qüvvələri “X” hesabındakı paylaşımında İranın dron və raket hücumuna qarşı əməliyyata “Dəmir Qalxan” adının verildiyini bildirib.

İsrailin “Channel 12” telekanalı isə xəbər verib ki, İsrail Hərbi Hava Qüvvələri İrana qarşı gözlənilən hücuma hazırlığını başa çatdırıb.

Xəbərdə deyilir ki, İsrailin hərbi kabineti bazar ertəsi keçirilən iclasında ABŞ ilə koordinasiyalı şəkildə İranın hücumuna “aydın və güclü” cavab vermək qərarına gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.