Əhliman Əmiraslanov: Hisə verilmiş ət məhsulları bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olur
19-04-2024, 16:08
Trans yağlar bədxassəli şişlərin əmələ gəlməsində əsas rola malikdir.Foodinfo.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.Əhliman Əmiraslanov qeyd edib ki, hisə verilmiş ət məhsulları, heyvan mənşəli piylər bədxassəli şişlərin əmələ gəlməsi səbəb olur: "Sağlam qida olmadan insan sağlamlığı haqqında danışmaq çətindir”.