Hafiz Haciyevdən YAP-ın siyahısına REAKSİYA: - “Elnur Allahverdiyev deputat olmaqdansa, gedib paltaryuyan maşınlarını satsın”

18-07-2024, 00:06           
Hafiz Haciyevdən YAP-ın siyahısına REAKSİYA: -
“Yeni Azərbaycan Partiyası oturuşmuş bir siyasi təşkilatdır. Biz onların daxili işlərinə qarışa bilmərik. Partiyada Tahir Budaqov, Əli Əhmədov kimi ağıllı adamlar var. O cümlədən, cənab Prezidentimiz partiyanın sədridir. Hər halda, onlar nə məsləhət görüblərsə, o da olacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

YAP-ın builki seçki siyahısında adı olmayan sabiq millət vəkillərindən söz açan partiya sədri deyib ki, sözügedən şəxslər etimadı doğrulda bilməyiblər.

““Mürdəşiroğlu” və digərləri seçilməyibsə, yəqin ki, YAP-ın bir bildiyi var. Çünki YAP müstəqil bir partiyadır və nəyisə bilirsə, elə də edir. Mən həmin siyahıda Elnur Allahverdiyevin də adını gördüm. İndiyə qədər belə bir deputatın varlığından xəbərsiz idim. Mən bu adamı “Kontakt Home”un yiyəsi kimi tanımışam. Bu adam deputat olmaqdansa, gedib paltaryuyan maşınlarını, televizorlarını satsın, daha yaxşı. Onun parlamentdə nə işi var?! Görünür, bu adamlar yüz dənə yerə işləyirlər deyə onlara təzədən etimad göstərilmədi. Həssas dövrdə gərək belə şeylərə fikir verəsən”.

Partiyasının parlament seçkilərində iştirak edib-etməyəcəyi sualına isə siyasətçi belə cavab verib:
“Hələlik mənim namizədliyim bilinmir. Lakin biz Nizami Rayon İcra Hakimiyyətində çalışan nümayəndəmizin namizədliyini irəli sürmüşdük. Həmin şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır. O şəxs bizim ideoloji sahəyə baxan keçmiş müavindir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.