Ağadadaş Ağayevin balta atdığı qadın DANIŞDI

26-07-2024, 12:34           
Ağadadaş Ağayevin balta atdığı qadın DANIŞDI
Xalq artisti Ağadadaş Ağayevin atdığı balta ilə yaralanan xadimə Nəzakət Paşayeva açıqlama verib.

TEREF xəbər verir ki, o, “Xəzər Xəbər”ə açıqlama verib.

Belə ki, paytaxtın Binəqədi rayonunda yerləşən “MedEra” hospitalında baş verən insident zamanı işçilərdən biri – Nəzakət Paşayeva ayağından yaralanıb.

Dörd ildir ki, adı çəkilən hospitalda çalışan 55 yaşlı Nəzakət Paşayeva deyir ki, balta atılan zaman təmizlik işi görürmüş.

Nəzakət Paşayeva baş verən hadisədən sarsıldığını bildirib. Bununla yanaşı, o, Ağadadaş Ağayevdən şikayətçi olmayacağını da qeyd edib.

Xalq artisti Ağadadaş Ağayevlə mühafizəçi arasında yaşanan insidentin görüntülərinin kim tərəfindən yayılması ilə bağlı məsələyə isə hospitalın direktoru İbrahim Əliyev aydınlıq gətirib.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin cinayət işi üzrə polis idarəsində istintaq davam edir.

Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hər iki şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq onlara ittiham verilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru