Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
27-07-2024, 11:35
Bu ilin sonuna yaxın minimum əməkhaqqının artırılması ilə bağlı müvafiq qərarlar gözlənilir. Yüksək ehtimalla, minimum əməkhaqqı artacaq. Bunun üçün əsaslar var. Son illər əməkhaqqı fondunun artırılması ilə bağlı konkret qərarlar mövcuddur.
Bunu Teleqraf.com-a iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
O qeyd edib ki, minimum əməkhaqqının nə qədər artması xeyli dəcərədə Dövlət Statistika Komitəsinin inflyasiya ilə bağlı açıqlamlarından asılı olacaq:
“Dövlət mövcud inflyasiyaya istinad edərək əməkhaqqlarının artırılmasını reallaşdırır. Bununla da ölkədə sosial-iqtisadi inkişafla bağlı olan yanaşmalara zərər gətirilmir. Beləliklə, inflyasiya sosial-iqtisadi proseslərin mənfi istiqamətdə getməsinin qarşısını alır”.
İqtisadçı hesab edir ki, minimum əməkhaqqını təmin edəcək mənbələr üçün müvafiq resurs bazası var:
“Son illər ərzində sosial müdafiə sistemindəki şəffaflığın əldə edilməsi, effektiv idarəetmə qərarlarının qəbulu dövlətin bu istiqamətdə imkanlarını xeyli dərəcədə genişləndirib”.
Elşad Məmmədova görə, daha uzun müddətli perspektivdə bu, iqtisadiyyatdakı proseslərdən ciddi şəkildə asılı olacaq:
“Ona görə də, investisiyaların dayanıqlı şəkildə artırılması, yerli istehsalın stimullaşdırılması, milli iqtisadiyyatın şaxələndirilməsi və rəqəbət qabiliyyətinin yüksəldilməsi kimi məsələlər hökumətin prioritetində olmalıdır. Məhz bununla sosial layihələrin reallaşdırılması uzun müddətli perspektivdə mümkün olur”.