Ekspert: "Artıq istənilən şəxs taksi sürücüsü ola bilməyəcək"

4-09-2024, 17:08           
Ekspert: "Artıq istənilən şəxs taksi sürücüsü ola bilməyəcək"
Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 6-da xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək.

Məsələ ilə bağlı demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksi sürücülərinin imtahan verməsi artıq sürücülüyün də bir peşə kimi təsbit olunması deməkdir:

"Əvvəlki dövrlərdəki kimi, hər ürəyi istəyən şəxs əyləncə və digər məqsədlər naminə taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək.

Bu imtahanların sualları da o qədər də çətin deyil. Peşəkar sürücü üçün bu imtahanı vermək asandır. Bu, sürücülük vəsiqəsi imtahanı kimi çətin deyil. Sadəcə burada müəyyən etik və davranış qaydaları ilə bağlı müəyyən məsələlər var.

Bildiyiniz kimi, bu imtahanlar mütəmadi keçirilir. Yəni vaxtaşırı olaraq bir dəfə imtahandan keçə bilməyən sürücünün şansı var ki, növbəti dəfələrdə gedib yenidən imtahan versin".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.