Deputat Səhiyyə Nazirliyinin saxta yollarla plastik və estetik cərrahiyyə şəhadətnaməsi verməsi iddialarından danışdı

Bu gün, 00:20           
Deputat Səhiyyə Nazirliyinin saxta yollarla plastik və estetik cərrahiyyə şəhadətnaməsi verməsi iddialarından danışdı
Deputat Səhiyyə Nazirliyinin saxta yollarla plastik və estetik cərrahiyyə şəhadətnaməsi verməsi iddialarından danışdı

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli sosial şəbəkələrdə saxta yollarla plastik və estetik cərrahiyyə şəhadətnaməsi alan tibbi işçilərinin siyahısının yayılmasının ciddi müzakirə yaratmasına münasibət bildirib.

M.Məmmədli Pravda.az-a açıqlamasında deyib ki, sözügedən siyahının nə dərəcədə dəqiq olduğu bir az şübhə doğurur.

“Bu, iddia şəklindədir. Hər bir iddianı irəli sürən şəxs ortaya konkret sənədlər qoymalıdır və iddiasını sübut etməlidir. Siyahı nə dərəcədə həqiqətdir? ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur. Sözün düzü, şərh verməkdə çətinlik çəkirəm. Rəsmi qurumlar məsələni araşdırıb cavab verdikdən sonra şərh vermək olar”, - deputat bildirib.

Xatırlatma: Hazırda ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova 50-yə yaxın plastik cərrahın siyahısını yayıb. O bildirib ki, siyahıdakı həkimlərin heç biri rezidentura təhsili almayıblar. Jurnalist iddia edir ki, həmin həkimlər Səhiyyə Nazirliyinə 30.000 AZN rüşvət verib və “möcüzəvi” şəkildə ixtisas dəyişiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.